Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən ailənin Qazangül qəsəbəsi ərazisində fəaliyyət göstərən ailəvi istirahət mərkəzində xəmir xörəyi və digər qidalar qəbul etdikləri məlum olub. Ailə evə qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri biruzə verib.
Qeyd edək ki. ötən gün Zaqatala şəhəri, 28 May küçəsi ev 75 ünvanında yaşayan 24 yaşlı Qurban Səmədov, 17 yaşlı Böyükxan Ağaxanzadə, 28 yaşlı Sara İbrahimova, 2 yaşlı Zara Səmədova, 15 yaşlı Banuçiçək Qasımzadə, 12 yaşlı Aysu Qasımzadə və 1 yaşlı Ayxan Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı məlum olub ki, ikisi azyaşlı olmaqla bir ailənin üzvlərinin axşam yeməyindən sonra vəziyyətləri pisləşməyə başlayıb və və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onlardan ayrı-ayrılıqda nümunələr götürülərək analiz üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 511