KepezTV Player
Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb. Hadisə Şıxlar kəndində qeydə alınıb.İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri - 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə Emin İsmayılov ölüb, Ruslan Əbilov isə ağır xəsarətlər alıb. Sonuncunun vəziyyəti kritik olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə aparılıb.Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 453