KepezTV Player
AFFA tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən Region Liqasında 2-ci tura yekun vurulub. 4 region üzrə təşkil olunan turnirin Şimal-Qərb zonasında mübarizə aparan Gəncənin “Qoşqar” komandası hesabat turunda “Kümruk”ü qəbul edib. Doğma meydanda ilk ev oyununa çıxan gəncəlilər bu üstünlükdən yararlanıb qələbə qazanmağa çalışsalar da, qarşıya qoyulan məqsədə çatmayıblar. Bol qollu alınan görüş bərabərliklə yekunlaşıb. Tərəflərin hərəyə iki dəfə qapı torunu havalandırdığı qarşılaşmada 2-2 hesablı heç-heçə qeydə alınıb. Qollardan birini 11 metrlikdən vuran Qax komandasının 90-cı dəqiqədə ikinci penaltindən istifadə edə bilmədiyini nəzərə alsaq, bu nəticəni Gəncə kollektivi üçün düşərli hesab etmək olar.
Azad Rəfi
- Baxış: 786