• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 15.10.2018 10:01

Google-dan Pixel Slate planşetinitəqdimedib

Google şirkəti Pixel Slate planşetini təqdim edib. Bu, Google-un 2015-ci ildə buraxdığı Pixel C-dən sonra ilk planşetdir. Əvvəlkindən fərqli olaraq bu qacet 12,3 düymlük ekrana sahibdir. Versiyadan asılı olaraq o, Intel Celeron, Core M3, i5 və ya i7 prosessorları ilə işləyir. Operativ yaddaşın həcmi 4 QB-dan 16 QB-dəkdir, daxili yaddaş isə 32-dən 256 QB-a çatır. Planşet həmçinin stereo dinamiklər, iki 5 Mp kamera və barmaq izlərini tanıyan skanerlə təmin olunub. Pixel Slate ilin sonuna kimi satışa çıxarılacaq. Qiymətlər isə 599 dollardan başlayır. Klaviatura və stilus üçün isə əlavə ödəniş etmək lazımdır: 199 və 99 dollar.