KepezTV Player
Paytaxtda qanlı hadisə yaşanıb.Sabunçu rayonu Maştağa qəsəbəsində 32 yaşlı Elsəvər Hüseynov qəsəbə ərazisində tanımadığı şəxslə mübahisə edib. Bu zaman naməlum şəxs bıçaqla Hüseynova xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Yaralıya ilkin yardımı ətrafda xidmət aparan post patrul xidmətinin əməkdaşları göstəriblər. Daha sonra polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. O, dərhal əməliyyata götürülüb. Həkimlər Elsəvər Hüseynovun qarın nahiyyəsində bıçaq xəsarətləri aşkarlayıblar. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət işi başlanılıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.
- Baxış: 672