Bir neçə oğurluq faktının üstü açılıb.Paytaxt sakini olan bir qadının qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs yaxalanıb. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxt sakini olan bir qadının 20.000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də rayon ərazisindəki evlərin birindən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılıb.
Səbail polisi də əməliyyat keçirib. RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov yaxalanıb.
Bütün faktlarla bağlı araşdırmalar davam edir.
- Baxış: 415