Bir neçə gündür ki, Goranboyda pambıq yığımına başlanılıb. Məhsulun konbaynla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri də paralel aparılır.
2018-ci məhsul ili üçün Goranboyda 5 min hektar ərazidə əkilən ağ qızılın yığımı aparılır. Fermer və fiziki şəxslər kombayınlar vasitəsilə yığılan pambığı müqavilə əsasında şirkətlərə tədarük edir. Aparılan düzgün aqrotexniki qulluq sayəsində sahələrdə bol məhsulun yetişib və bu ildən pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıqçıların ürəyincədir.
Samir Nuriyev – fermer “prezidentimizin ölkəmizdə ağ qızılın keçmiş şöhrətini geri qaytarılması ilə bağlı çağrışına qoşularaq 19 hektar sahədə pambıq əkmişəm. MKT şirkəti ilə müqavilə bağlamışıq, çox gəlirli sahədir 19 hektardan bütün xərcələri çıxandan sonra 8-10 min manat qazanc əldə edəcəyik.
Şahin Məmmədov – sahibkar “Bu il Goranboy rayonunda 6 hektar sahədə apmbıq əkmişəm. Məhuslumuz keçən ilə baxanda boldur. Birinci yığımdan hər hektardan 30 sentner məhsul götürəcəyik. Hər toan görə, 50 manat əlavə vəsaitin verilməsi bizi çox sevindirdir. Gələcəkdə pambıq sahələrimiz daha da artıracam. Goranboy 1981-ci ildə ağ qızılın yığımı ilə əldə etdiyi rekord rəqəmə yəni 12 min tona çatacağıq gələcəkdə”
Bu günə kimi sahələrdən 800 tondan artıq məhsul toplanaraq daşınması təmin olunub. Fermerlərin kombayna və qoşqulu traktorlara olan tələbatını ödənmək üçün xüsusi komissiya yaradılıb.
Yasin Məmmədov – Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi “Pambıq sahələrində aparılan bioloji məhsuldarlığın təyini zamanı müəyyən edilib ki, cari təsərrüfat ilində hər hektar sahədən 20 sentnerdən artıq məhsul yığılmasına nail olacağıq”
Goranboyda tarlalardan məhsulun 80%-i kombayınlar vasitəsilə, yerdə qalan hissəsi isə əl əməyi ilə yığılacaq.
Xaliq Qurbanlı
- Baxış: 1324