• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 06.09.2018 16:06

Gəncədə ət satışına nəzarətlə bağlı maarifləndirici monitorinq keçirilib

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsinin baytarlıq sektorunun əməkdaşları ət kəsimi və satışı ilə məşğul olan satıcılarla təmizliyə riayət olunması, su-kanalzasiya xətlərinin daimi işlək vəziyyətdə olması, mövcud norma və sanitar qaydalara əməl edilməsi barədə tapşırıqlar veriblər. Monitorinq zamanı satılan ətlərdən nümunələr də götürülərək Gəncə şəhər 1 saylı Heyvan mənşəli məhsullar üzrə Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin laboratoriyasında yoxlanılıb və şübhə doğuracaq hala rast gəlinməyib. Gəncədə ümumilikdə gün ərzində 100-ə yaxın xırda buynuzlu, eləcə də 40 baş iri buynuzlu heyvan kəsilir. Ət satışı obyektlərində isə hər gün 1 ton 200 kq qoyun və 5 ton mal əti satılır. Son üç ay ərzində isə Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsinə ət satışı ilə bağlı müraciətlər də daxil olub.

Kamran Əzizov Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsinin baytarlıq sektorunun müdiri : “Ətin keyfiyyəti, köhnəliyi ilə bağlı şübhəli bir neçə şikayət olub. Ancaq laboratoriya müayinələrindən sonra müəyyən etmişik ki, şikayət öz təstiqini tapmayıb. Ət satışı ilə məşğul olan bütün sahibkarlara müraciət edirəm ki, köhnə, şübhəli qanuna zidd olan ətləri satışdan çıxartsınlar, küçə satışını yığışdırsınlar. Biz bütün sahibkarlara bildirişləri paylamışıq. Küçə satışı ilə bağlı olaraq gələcəkdə ciddi tədbirlər görəcəyik”.

Elnur Vahidoğlu