KepezTV Player
Futbol üzrə Azərbaycan çempionatının I divizionda yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Gəncə klubu səfərdə “Turan Tovuz”la qarşılaşıb. Qərb derbisi “sarı-göylər”in 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Bu, “Kəpəz”in baş məşqçisi Etibar İbrahimovun yeni komandasında ilk qalibiyyəti olub. Xatırladaq ki, çempionatın startı ərəfəsində tərəflər yoldaşlıq matçı çərçivəsində iki dəfə üz-üzə gəlib və hər iki oyun 2:2 hesablı bərabərliklə nəticələnib. “Turan Tovuz”la “Kəpəz” rəsmi maçtda çempionatın 8-ci turunda qarşılaşacaqlar. Bu oyun oktyabrın 25-də Gəncədə keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 611