• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 24.08.2018 15:34

Gəncədə gənclərə dini və multikultural dəyərlər aşılanıb

KepezTV Player

Gəncə gəncləri dövlət-din münasibətləri, eləcə də aparılan uğurlu gənclər siyasəti barədə ətraflı məlumatlandırılıblar. "Dövlət, din və gənclər" adlı tədbiri Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsi təşkil edib. Bəzi  radikal dini təşkilatların din pərdəsi altında insanları düzgün olmayan istiqamətə yönəltməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışdıqları vurğulanıb. Bu işlərə xüsusən gənclərin cəlb olunmasından narahatlıq ifadə olunub. Qeyd edilib ki, Azərbaycanda dini tolerantlıq və multikultural dəyərlərin qorunması yüksək səviyyədədir.

Asif Əliyev DQİDK-nın Gəncə bölməsinin əməkdaşı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dini marifləndirmə işləri gördüyü əsas iş predimetlərindən biridir. Hal-hazırdada bu işlər bütün ölkə ərazisində aparılır. Ümumiyyətlə il ərzində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Gənclər İdman Nazirliyi ilə birgə bu kimi dini marifləndirici tədbirlər keçirir. Bundan başqa sosial şəbəkələrdə də bu işlər həyata keçirilir. Nəticə etibarı ilə marifləndirmə işləri baxımından son illər müəyyən uğurlar əldə olunub.