“Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb. Gürcüstanla dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Baxış zamanı 14 ədəd fişəng, 1960 ədəd pirotexniki vasitə, 85 ədəd mobil telefon qutuları aşkar olunub. Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində isə Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub. Dərhal keçirilən əməliyyatla 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı onun İran vətəndaşı 48 yaşlı Kəfafi Qasım Məhəmməd olduğu aydınlaşıb. Faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 788