Gəncəlilər çempionata Şəmkirdə hazırlaşırlar. Yerli Olimpiya Kompleksində toplanışda olan sarı-göylər avqustun 2-dən hazırlığa başlayıblar. Etibar İbrahimovun yetirmələri səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxırlar.
Oyunçu baxımından çətinliklərinin olduğunu deyən baş məşqçi yeni mövsümdə heyəti yaxşı formalaşdıraraq uğurlu nəticə qazanmaq arzusundadı.
Toplanışda “Kəpəz”in heyətində yerli oyunçularla yanaşı, əcnəbilər də yer alıb. Onların komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.
Hazırlıq dövründə “Turan Tovuz”a qarşı yoxlama oyunu keçirən Nizami yurdunun təmsilçisi 2:2 hesablı sülh bağlayıb. Dağlılar növbəti yoldaşlıq görüşündə də eyni rəqiblə qarşılaşacaqlar. Oyun sabah saat 17:00-da Tovuzda keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 757