KepezTV Player
Sentyabrın 23-dən oktyabrın 7-dək Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Yarışa kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları da qatılacaq. Zəriflərin heyətində Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da yer alacaq. Mütəmadi olaraq milliyə dəvət alan Fətəliyevaya məşqçilər korpusunun etimadı böyükdür. Xatırladaq ki, gəncəli şahmatçı 2 il əvvəl Bakıda keçirilmiş Şahmat Olimpiadasında da yığmanın tərkibində olub. O, şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi adını qazanıb.
Orxan Cəfərzadə
- Baxış: 801