• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 30.07.2018 14:05

Göygöldə aqrokimyəvi xidmətlərin təşkili və bitki mühafizəsi mövzusunda müşavirə keçirilib

KepezTV Player

Cari ilin 6 ayı ərzində Respublika üzrə kənd təsərrüfatı bitkilərində zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 2 milyon 604 min 105 ha sahədə müaşhidə aparılıb və 1 milyon 230 min 613 ha-da sirayətlənmə və yoluxma aşkar edilib. Bunun da 1 milyon 47 min 291 ha-da mübarizə işləri aparılıb. Göygöldə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin “Respublika ərazisində ЯкорьЯкорьaqrokimyəvi xidmətlərin təşkili və bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsində texniki təhlüksizlik qaydaları“ mövzusunda keçirilən regional müşavirədə Göygöl rayonu da daxil olmaqla 6 ətraf bölgədə bitki örtüyünün qorunub saxlanması, bitkilərin karantin və xüsusi təhlükəli zərərli orqanizimlərdən mühafizəsi, məhsul itkisinin qarşısının alınmasında görülən işlərdən danışılıb. Görülən tədbirlər nəticəsində küllli miqdarda məhsul itkisinin qarşısı alınıb, ziyanvericilərin yayılma arealı xeyli azalıb. Müşavirədə fermerlərə, işçi məhlulu hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmələri, sahələrə dərmanların vaxtında və normada verilməsi də izah edilib.

Ələddin Eyvazov - Dövlət Fitosanitar Xidmətinin rəisi:“Bü gün ölkədə fitosanitar sabitliyin qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.Ölkə ərazisində karantin və xüsusi təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirlərinin operativ və vaxtında aparılması üçün də fəaliyyət proqramlarımız da var. Regionlarda bu barədə silsilə tədbirlər keçirilir”.  

Aydın Cəfərov - fermer: “ Fermerliklə məşğulam.Bütün kimyəvi maddələrlə vaxtlıvaxtında məni təmin edirlər. Heç nəyə ehtiyacımız yoxdur. Sağ olsun dövlətimiz istilən köməyi bizə edir”.