• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 24.07.2018 14:47

Ustad aşıqlara məxsus dastançılıq ənənəsi qorunmalıdır

KepezTV Player

Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layihəsini həyata keçirir. Layihə çərçivəsində Göygöl rayonunda uşaq musiqi məktəbinin şagirldəri ilə ustaq aşıqların görüşü keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyi çərçivəsində keçirilən görüşdə aşıq sənəti, ustad aşıqların xidmətlərindən danışılıb. Xüsusi ilə də Kəlbəcər, Laçın və Göyçə aşıqlarının ifasında dastanlar, gənc aşıqlar arasında bu ənənənin qorunması baxımından görüşün əhəmiyyəti yüksək qiymətləndirilib. Aşıq səsnətinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanıb. Tədbirdə xalq dastanlarından nümunələr səsləndirilib.

Nuranə Quliyeva - Göygöl Şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəbinin direktoru “Aşıq Şəmşir” Mədəniyyət Ocağı dastan ənənəmizin qorunub saxlanılması layihəsini həyata keçirir. Məqsəd qaçqın və köçkün olan ustadlarımızın öz ifalarında unudulmaqda olan dastanlarımızı yenidən lentə aldırmaq və gələcək nəsilə ötürməkdir.

Fətulla Göyçəli əməkdar incəsənət xadimi - Yəni bəzi vaxtlarda bu dastanlar yaddan çıxır. İçtimai birliklərin bu sahədə fəaliyyəti çox yaxşıdır. Bundan sonra bizim borcumuz odur ki bu təşəbbüsləri biz gənclərimizə çatdıraq. Bu gün Göygöl Aşıq Şəmşir adına musiqi məktəbində keçirilən görüş çox təqdirəlayiqdir.

 

Natiq Hüseyn