• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 13.07.2018 14:05

Ayaqyoluna gedən uşağı, yemək yeyən qadını ilan sancıb

KepezTV Player

Şəkidə 10 yaşlı uşağı qonaq getdiyi yerdə ilan sancıb. Rayonun Cəyirli kənd sakini, Dinar Məmmədova dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.Dinar Məmmədova ayaqyoluna gedən zaman bilmədən ilanın üstünə basıb. Bu zaman ilan onun sol ayağın topuq nahiyəsindən sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan uşağa lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Qaxda isə iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb.Rayonun Qapıçay kənd sakini 28 yaşlı Süsən Gəncəliyevanı yaşadığı ünvanın həyətyanı sahəsində axşam saatlarında ailəsi ilə birlikdə şam yeməyi yeyən zaman masanın altında olan ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəsarət alan qadın Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.