• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 28.06.2018 23:34

Ölümlə nəticələnən qəza baş verdi

KepezTV Player

Zaqatala rayon sakini Güloğlan Alxazov sərxoş halda idarə etdiyi “VAZ 2106” markalı, 55 BC 910 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə avtomobildə olan sərnişin Uluxan Məmmədov hadisə yerində ölüb, digər sərnişin Fəridə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi  başlanıb, müvafiq ekspertizalar təyin edilib. Aparılmış tədbirlər nəticəsində Güloğlan Alxazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.