• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 25.06.2018 13:19

Məktəbli dərəyə yuvarlandı

KepezTV Player

Şəki rayonu Böyük Dəhnə 1 saylı tam orta məktəbin 7-ci sinifini bitirən Siyafət Məmmədov özündən başqa 13-14 nəfər sinif yoldaşı, sinif rəhbəri və həmin məktəbin başqa bir müəllimi ilə birlikdə xırda tutumlu sərnişin avtobusu ilə Zaqatala rayonunun yüksək dağlıq kəndi olan Cara gəzintiyə gəliblər. Dağlıq ərazidə gəzinti zamanı Siyafət Məmmədov dərədən axan çaya düşmək istəyən zaman özünü nizamlaya bilməyərək yıxılıb. Siyafət Məmmədov diyirlənən zaman başı bərk maneyəyə dəyərək ağır xəsarət alıb. O, travmatikşok vəziyyətində Zaqatala Mərkəzi Rayon Xəstəxanasının ranimasiya şöbəsinə daxil olub. 13 yaşlı məktəblinin vəziyyəti ağır qiymətləndirlir. Daha sonra Siyafət Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hazırda renimasiya şöbəsində yatan xəstənin müalicəsi davam etduirilir. Faktla bağlı araşdırma aparılır.