Qəzalar yenə ölümsü ötüşmədi. Yol nəqliyyat hadisələri həm can aldı, həm yarımcan etdi. Hadisələrin hansı səbəbdən və harada baş verdiyini süjetdən biləcəksiniz.
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində "Toyota Prado", "VAZ-2106" və "VAZ-21099" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2106"-da olanXaçmaz şəhər sakini 31 yaşlı Zaur Zeynalov dünyasını dəyişib. 24 yaşlı Kamran Mürsəlov isə ciddi bədən xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müvafiq tibbi yardım göstərilib. Tibb müəssəsindən verilən məlumata görə, o müalicəsini davam etdirmək üçün paytaxdakı tibb müəssələrindən birinə göndərilib. Göygöldə də avtomobil qəzası baş verib. Hadisə rayonun Quşqara kəndi ərazisində, Gəncə-Şəmkir magistralında baş verib. Zəncirvari qəzada Mercedes, “VAZ 2107" və qoşqulu traktor toqquşub. Yol-nəqliyyat hadisəsi 5 nəfərin xəsarət almasına səbəb olub. Ağstafa rayon sakinləri - 68 yaşlı Mahirə Xəlilova, 32 yaşlı Günay Xəlilova və Şəmkir rayon sakini 58 yaşlı Kərim İbrahimov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. İki azyaşlı isə Gəncə səhər 2 saylı birləşmiş uşaq xəstəxanasına yerləşdirilib.
Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Yolu keçmək istəyən Qaramusalı kənd sakini, 78 yaşlı Nadir Rüstəmovu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub. Faktlarla bağlı araşdırma aparılır. Bakı-Qazax əsas magistralının168-ci km-də Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində də qəza olub. Beləki sürücü, Goranboy rayon sakini 73 yaşl Yelmar Rzayev Mersedes markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yolun kənarına aşıb.Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini Tamara Rzayeva elə hadisə yerindəcə dünyasını dəyişib.
- Baxış: 829