• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 23.06.2018 14:33

Samuxda Dövlət qulluqçularının peşə bayramı qeyd edilib

KepezTV Player

Samux rayonunda dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib. Çıxış edənlər peşə sahiblərini bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri xatırlanıb.  Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Hazırda Samux rayonunda müxtəlif sahələr üzrə 300-ə dövlət qulluqçusu işləyir. Onlar rayonun sosial-iqtisadi inkişafında səylə çalışır. Tədbirin sonunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və qiymətli xatirə hədiyyələri təqdim edilib.

Natiq Hüseyn