KepezTV Player
Xocalı polisi 1000 kq dan artıq narkotik maddəni dövriyyədən çıxarıb. Belə ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş” 2018 şərti adı ilə keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində Goranboy rayonu ərazisində 1.4 ha otlaq sahəsindən yabanı halda bitən çətənə kolları aşkar edilərək yandırılıb. Faktla bağlı Xocalı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır,bu istiqamətdə əlavə tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
- Baxış: 1082