KepezTV Player
Abşeron rayonunda fermalar qarət edilib. Üç zərərçəkmiş fermerin polisə verdiyi məlumata görə, onlar yaylaqda olarkən, fermalarindan xeyli sayda dəmir qapi və boru oğurlanib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis Biləsuvar rayon sakini Qədir Məlikovu saxlayıb. Məlikov ifadəsində bildirib ki, fermadan sökərək oğurladığı dəmir məmulatları özünə məxsus avtomobillə paytaxtın Nərimanov rayonunda metal qəbulu məntəqəsinə 300 manata satıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1033