• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 15.06.2018 14:30

Gəncə cüdo məktəbinin yetirmələri Azərbaycan birinciliyində medal qazanıb

Sumqayıt Olimpiya İdman Kompleksində 23 yaşadək qız və oğlan cüdoçuların Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən gənclərin ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Yarışda iştirak edən Gəncə cüdo məktəbinin iki yetirməsi güclü cinsin nümayəndələrinin yarışında medal qazanıb. Belə ki, 66 kq-da çıxış edən İlkin Babazadə bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan birinciliyinin qalibi olub. Ayxan Cəfərov isə yalnız final görüşündə uduzmaqla yarışı gümüş medalla başa vurub. O, ağırlığı 100 kq-dan çox olan tatami ustalarının mübarizəsində 2-ci yeri tutub. Xatırladaq ki, hər iki cüdo gənclərdən ibarət yığma komandanın üzvüdür. Onlar bir müddət öncə əsas millinin Göygöldə keçirilən təlim-məşq toplanışında iştirak ediblər. 

Azad Rəfi