• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 15.06.2018 13:30

Pul müqabilində sayğaclara müdaxilə etdilər

KepezTV Player

Pul şirindir, çünki ruzidir, müqabili istəklərin reallaşması deməkdir. Amma gərək onun da halalı ola ki, bərəkəti ola. Haramdan gələn nə gözə görünər, nə də xeyir verər. Elə indi qanunsuz əməllərindən xəbər verəcəyimiz şəxslər də pula aldanıb qazanclı çıxmaq istədilər, amma itirdilər. Baş verənlər barədə daha çoxu süjetdədir, izləyək.

Xəzər RPİ 1-ci polis bölməsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Suraxanı rayon sakinləri Ramil Hüseynov və Bayram Sadıqovu saxlayıblar. Onlar qabaqcadan əlbir olub Bakı şəhərinin müxtəlif rayonlarında vətəndaşlara məxsus qaz sayğaclarına pul müqabilində müdaxilə etməkdə, qaz sərfiyyatını azaltmaq məqsədi ilə dövlətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinirlər.

Saxlanılan şəxslər Xəzər, Yasamal və Binəqədi rayonlarında təxminən 20-ə yaxın sayğaca pul müqabilində müdaxilə ediblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.