Rayonda 56 mənzilli yaşayış binasının, 190 çarpayılıq xəstəxana kompleksinin və 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Təhsil Nazirliyinin xətti ilə Kür qəsəbə 2 saylı tam orta məktəbi isə əsaslı təmir olunur.
Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkirdə inşasına başlanılan 56 mənzilli yaşayış binası rayonda qəzalı vəziyyətdə olan binaların sakinləri üçün nəzərdə tuutlub. Hazırda inşaat işləri binanın daxilində aparılır. Burada mənzillərdən 8-i 1, 28-i 2, 16-sı 3, 4-ü isə 4 otaqlı olacaq. Tikinti işlərinin kefiyyətlə və vaxtında başa çatdırılması üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb.
İlqar Quliyev Şəmkir rayonunun baş memarı: Milli memarlıq üslubunda müasir formada beton konstruksiyalardan istifadə olunmaqla tikilir. Bir neçə ay ərzində tikinti işləri yekunlaşacaq və sakinlər öz evlərinə köçəcəklər.
Dövlət vəsaiti qoyuluşu hesabına Şəmkir şəhər 8 saylı körplər evi-uşaq bağçası üçün də bina tikilir. 100 yerlik uşaq başçısının sentyabrda istifadəyə verilməsi planlaşdırılır. Ölkə prezidentinin sərəncamı ilə inşasına başlanılan Şəmkir Rayon Mərkəzi Xəstəxanasında isə tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda xəstəxana kompleskində daxili kommunikasiya xəttələrinin çəkilişi və digər zəruri işlər görülür.
İlqar Quliyev Şəmkir rayonunun baş memarı: Xəstəxananın ümumi ərazisi 6 hektardır tikinti altı sahə isə 8300 kvadratmetrdir. 4 mərtəbədən və 7 korpusdan ibarətdir. Binanın daxilində və xaricində işlər çox sürətlə aparılır. Yaxın müddət ərzində istifadəyə veriləcək.
Rayonun ən böyük təhsil müəssisələrindən olan Hacı Zeynəlbadın Tağıyev adına Kür qəsəbə 2 saylı tam orta məktəbi isə Təhsil Nazirliyinin xətti ilə əsaslı şəkildə yenilənir. Təhsil müəssisəsində ilkin söküntü işləri tam başa çatdırılıb. Hazırda binanın dam örtüyü dəyişdirilir. Əsaslı təmirdən sonra 1076 yerlik təhsil ocağı günün tələblərinə tam cavam verəcək. Məktəb binasının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdət utulub.
Natiq Hüseyn
- Baxış: 1120