Gəncənin Hacıkənd qəsəbəsinə yeni marşurut xətti açılacaq. Yeni açılacaq marşurut xətti “Gəncə Grand Qafqaz Ticarət kompleksinin” qarşısına kimi olacaq ki, bu da qəsəbə sakinlərinin Gəncəyə və yeni açılan ticarət kompleksinə gediş-gəlişini asanlaşdıracaq. Bundan başqa qəsəbədə tikilən 4 və 5 ulduzlu otellərdə yaxın vaxtlarda istifadəyə veriləcək. Bu fikirlər Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının Hacıkənd qəsəbəsinin sakinlərinin qəbulunda səslənib. Bundan başqa qəsəbə sakinləri fərdi şəkildə torpaq yerlərinin verilməsini, ünvanlı dövlət sosial yardımların təyin olunmasına köməklik edilməsini, evlərin sənədlərinin verilməsinə köməklik kimi məsələləri də şəhər rəhbərliyinin diqqətinə çatdırıb. Qaldırılan bütün məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyatı qrumların rəhbərlərinə tapşırıqlar verilib. Ardından qəsəbədə yenidən təmir olunan 19-cu əsrə aid Ruspravaslav kilsəsində fəaliyyət göstərəcək Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 17 nömrəli kitabxana filialının açılışı oldu. Kitabxananın fondunda klassik, dünya, bədii ədəbiyyatları əhatə edən 14 min 368 kitab var. Gəncə ali, orta ixtisas məktəblərinin rəssamlarının 50 yaxın kağız və kətan üzərində yağlı boyalarla çəkilən rəsm əsərlərində tamaşa edildi.
Elmira Əliyeva - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru – “Kitabxana kimi bura ikinci can verilib. Çünki bura qədimi bir abidədir. Şəhərimizə, Hacıkənd qəsəbəsinə gələn turistlər, qonaqlar bura gəldik də burada həm tarixi abidə kimi bina ilə tanış olacaqlar, həmdə istədikləri kitabları burada mütaliyə edə biləcəklər”.
Elşən Abbasov - qəsəbə sakini – “Muşahidə edirik ki, turistlər də gəlir. Azərbaycanın gözəl guşəsi olan Hacıkənd qəsəbəsini də görürlər, ziyarət edirlər. Bizim yollarımıza baxılsa təzədən asfalt örtüyü çəkilsə daha da gözəl olar”.
Elnur Vahidoğlu
- Baxış: 2148