Ötən gün Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib. Möhtəşəm muğam konsertində 1000-ə yaxın tamaşaçı ustad sənətkarı və onun qızını dinləyib. Dünyaca məşhur sənətçi, Xalq artisti Alim Qasımov qızı Əməkdar artist Fərqanə Qasımova ilə birlikdə xalq və bəstəkar mahnılarını eləcədə Bayatı-şiraz dəsgahını dəyişik bir üslubda, özlərinə məxsus tərzdə ifa ediblər. Hər iki xanəndənin əvəzsiz çıxışı tamaşaçıların könlünü oxşayıb və hər bir çıxış muğam sevərlər tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Fərqanə Qasımova - əməkdar artist –“Gözəl konsert proqramımızla Gəncə Dövlət Filarmoniyasının möhtəşəmliyi ilə üz-üzə gəldik. Musiqimizlə, muğamızla hətta Gəncə mahnımızla da gəncəlilərə töhfə gətirdik. Biz çox uzun yoldan gəldik. Pekində Şamxay təşkilatının əməkdaşlığı ilə orada Azərbaycan səfirliyi və Heydər Əliyev fondunun təşkilatı ilə çox gözəl konsert keçirdik. Onnan sonra Ankara gəldik və orada Heydər Əliyev parkında Cumhuriyyətin 100 illiyi ilə bağlı konsert verdik. Oradan da bir başa gəldik Gəncəyə”.
Elnur Vahidoğlu
- Baxış: 1789