
Audi şirkəti Gran Turismo Sport video oyunu üçün elektrikli e-tron Vision Gran Turismo sportprototipini təqdim edib. Hiperkarın stilistikası 1989-cu ilin Audi 90 Quattro IMSA GTO yarış avtomobilini təkrarlayır. İkisi arxa oxlarda, biri öndə qərarlaşan elektromotorların ümumi gücü 816-a çatır. 1450 kiloqramlıq maşın “yüzü” 2,5 saniyəyə yığır. Elektrokar fırlanma vektoru olan tam ötürücü sistemlə işləyir. Vritual e-tron Vision Gran Turismo artıq yüklənməyə hazırdır. Real maşının təqdimatı isə Romada keçiriləcək Formula-E yarışları çərçivəsində baş tutmalıdır. Konsept-kar “yarış taksi” kimi çıxış edəcək.
- Baxış: 599