Göygöldə əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir. Yenidənqurma işləri çərçivəsində rayon üzrə abonentlərin 80 faizdən çoxunun elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılıb.
İlin əvəlindən bu günə kimi rayonun Qızılca, Quşqara, Almədədli və Nadil kəndlərinin elektrik təsərrüfatı tam yenilənib. Adıçəkilən kəndlərdə köhnə xətlər və ağac dirəklər yeniləri ilə əvəz olunub, 50 ədəd yeni transformator qoyulub, abonentlərin mənzillərindəki istismar müddətini başa vuran sayğaclar dəyişdirilib. Hazırda isə işlər rayonun Balçılı kəndində davam etdirilir. 1500 abonenti olan kənddə 1000-dən artıq dirək dəyişdirilib, 23 ədəd yeni transformator quqrulub.
Əvəz Əmraslanov Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş layihə smeta əsaslarında, rayonda yenidənqurma işləri, 6/10 klovatlıq şəbəkələrin yenidən qurulması, transformator məntəqələrinin yenisi ilə əvəz olunması davam edir. Hal hazırda bir neçə kənddə bu proseslər yekunlaşıb, sayğaclar quraşdırılır.
Dayanıqlı enerji ilə təminat sakinlərin sosial çətinliklərinin aradan qaldırılması imkan verir.
kənd sakini: Minnətdarlığımızı bildiririk bütün qonşular adından. Xətlərimiz köhnə idi, külək olan kimi qırılırdı, işıqsız qalırdıq. İndi çox şükür hər şeyi təzələdilər, kabel olsun dirək olsun transformator, hamısını təzələdilər. Sağ olsunlar.
kənd sakini: Transformatırı dəyişiblər, kabeli dəyişiblər, dirəkləri dəyişiblər. Əvvəlki xətlərlə işıqlarımız zəif idi. İndi sağ olsunlar dəyişiblər hamısını əladı.
İlin sonuna kimi rayonun Üçtəpə və Əzgilli kəndlərində elektrik sisteminin yenilənməsi nəzərdə tutulur.
Elton Cabbarlı
- Baxış: 1310