İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə regional mərkəzi ilə Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirib. Çıxış edənlər Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar respublikamızda və ölkə xaricində keçirilən silsilə tədbirlər barədə danışılıb. Demokratik quruluşu ilə örnək olan Xalq Cümhuriyyətinin insan hüquqları baxımından mütərəqqi tarixi fəaliyyəti diqqətə çatdırılıb. Müasir Azərbaycan Respublikasında insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlər, eləcə də Xalq Cümhuriyyəti ənənələri barədə əhalinin maarifləndirilməsi yüksək qiymətləndirilib. Göygöl rayonunda da bu məqsədlə müxtəlif mövzularda tədbirlərin təşkili müsbət haldır. Tədbir “Azərbaycan Xalq Cümhuriyyəti” dair məruzələrlə davam edib.
Natiq Hüseyn
- Baxış: 1948