Gəncənin Gülüstan qəsəbəsində kompakt yaşayan Kəlbəcərdən olan məcburi köçkünlərlə açıq mikrafon keçirilib. Görüş zamanı sakinlər qarşılaşdıqları sosial problemlər, su, qaz və elektrik enerjisinin verilişi ilə bağlı yaranan çətinliklər, eləcə də işlə təminatla bağlı müraciətlər səsləndirilib. Gəncə şəhər İcra Hakimiyyətini başçısı Elmar Vəliyev səsləndirilən əksər məslələrin yerindəcə həll edilıməsi üçün yerli qurumlara tapşırıqlar verib. Görüş zamanı 30 ailənin müvəqqəti məksunlaşdığı 3 mərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi və mövcud kamunikasiya xəttlərinin tez bir zamanda yenilənməsi də qərara alınıb. Hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı əraziyə su və kanalizasiya xəttlərinin çəkilməsindən sonra asfalt salınmasına başlanılıb.
- Baxış: 1937