Şəmkirdə şagirdlərin və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində məktəblilər və balacalar ulu öndərin həyat və fəaliyyəti barədə məlumat alır, nümayiş etdirilən müxtəlif eksponatlarla tanış olurlar. Mərkəzlə tanışlıq Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılmasında müstəsna rol oynayır. Dahi şəxsiyyətin ölkəmizi rəhbərlik etidyi illərdə çalışdığı iş otaqlarının eynisinin yaradıldığı güşə ziyarətçilərdə maketləri böyük marağa səbəb olub.
Xəyal Nəsibov - Qaracəmirli kənd 2 saylı tam orta məktəbin direktoru: Qaracəmirli kənd 2 saylı tam orta məktəbdə silsislə tədbirlər keçirilir. Bu gündə həmin tədbirlərin tərkib hissəsi olaraq Heydər Əliyev mərkəzini gəlmişik. Əsas məqsədimiz qabaqcıl şagirdlərimizi Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış etməkdir. Burada şagirdlər xeyli bilgilər əldə etdilər. Bu ekskurisya şagirdlər yüksək əhval ruhiyyə yaratdı.
Natiq Hüseyn
- Baxış: 1647