Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Gəncə Qarnizonu Zabitlər Evində xatirə tədbiri keçirilib. Gəncə Hərbi Prokurorluğunun və N saylı hərbi hissənin əsgərlərinin iştiak etdiyi tədbirdə ümummili lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü məqsədyönlü işlərə nəzər salınıb. Təməli 1993-cü ildən qoyulan Nizami ordunun bu gün Cənubi Qafqazda ən güclü olduğu və hərbçilərin ali baş komandanın əmri ilə işğal altındakı torpaqları azad etməyə qadır olduğu vurğulanıb. Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib.
Əmrah Mehtiyev Gəncə hərbi prokuroru:“90-cı və 2000-ci illərin əvvlərində ordudan fərariliklə bağlı xeyli faktlat var idi. Artıq həmin hallar yoxdur. Eyni zamanda orduda baş verən cinayət hadisələrinin sayı azalmağa doğru gedir. Bu göstəricilər orduya və ordu quruculuğuna göstərilən qayğının nəticəsidir.</span>
- Baxış: 2204