Xalq artisti Rafael Bayramovun drijorluğu ilə Gəncə Dövlət Kamera Orkestrının ifasında Aqşin Əlizadənin “Cəngi”, Dmitri Şostakoviçin “Vals” və Karlos Qardenin “Tanqo”su səsləndirilib. Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Şahnaz Həşimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifaları alqışlarla qarşılanıb. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları isə Azərbaycan xalq rəqslərini ifa ediblər.
Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının bağlanış konsertinə “Yaşa, mənim xalqım” mahnısı ilə yekun vurulub.
“Zəriflik” Beynəlxalq Musiqi Festivalı Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. 4 gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan dəvət olunan bədii kollektiv və solistlər iştirak ediblər.
- Baxış: 2257