• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 27.04.2018 21:06

Pula görə şirkət işçisini xəstəxanalıq etdi

KepezTV Player

Pulun qurbanları günü-gündən çoxalır. Bu və digər şəkildə. Nəfsə yenilib oğurluq edən kim, doğmasına yad düşən kim və ümumiyyətlə kimliyini itirən kim. Kimdən söz düşmüşkən onu qorumalıyıq istənilən zamanda və istənilən situasiyada və ən əsası istənilən ehtiyac onu itirməyə rəvac vermir. İndi kimdən danışacayıq heç biz də bilmirik. Amma nədən danışacağımızı gözəl bilirik. Basqından, madiyyata görə mənəviyyata vuruluan ziyandan. Kimliyini nəinki bizim, heç polis əməkdaşlarının da hələ ki, bilmədikləri şəxs ofis əməkdaşına pul çantasını ələ keçirmək üçün, ondan çox bıçaq zərbəsi vurub.

Paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında basqın hadisəsi olub. Şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən, maskali şəxs ona hücum edərək biçaqla bir neçə zərbə vurub. Əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan ona müqavimət göstərib. Bu zaman qarşı tərəf vurduğu bıçaq zərbələrinin sayını artırıb. Ağır yaralanan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri 1 sayli Şəhər Kliniki Tibbi Mərkəzinə aparıb. O, əməliyyat edilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində əməliyyat-axtariş tədbirləri davam etdirilir.