Dünən mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir superturnirində istirahət günü olub. Təşkilatçılar yarışa qatılan dünya şöhrətli şahmatçıların asudə vaxtını səmərəli keçirmək və yaddaqalan etmək üçün müxtəlif tədbirlər keçirib. Əvvəlcə Zəka Gənclər Mərkəzində seans təşkil olunub. Həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara uşaq və yeniyetmə şahmatçılara seans keçiblər. Tədbirində sonunda avtoqraf paylayan tanınmış iti zəka sahibləri xatirə şəkilləri çəkdiriblər.
Daha sonra turnirin təşkilatçıları tərəfindən yerli olimpiya idman kompleksində mini-futbol yarışı reallaşıb. Birincilikdə şahmatçılar da olmaqla 4 komanda qüvvəsini sınayıb.
Azad Rəfi
- Baxış: 907