• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 24.04.2018 13:36

İstifadəyə verilməmiş yolda yol lövhələri oğurlanıb

KepezTV Player

Masallıda hələ  istifadəyə verilməmiş Ələt-Astara avtomobil yolunun rayonun Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində, yolun kənarında quraşdırılan və aliminium materialından hazırlanmış 40 ədəd yol lövhəsi oğurlanıb. Lövhələri quraşdıran şirkətin əməkdaşları tərəfindən məsələ ilə bağlı Masallı rayon Polis şöbəsinə müraciət olunub. Əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Məlum olub ki, cinayət hadisəsini rayonun Qasımlı kənd sakini, İlqar Şükürov və Şıxlar kənd sakini Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədiblər. Əvvəllər də məhkumluq həyatı yaşayan hər iki şəxs şirkətə ümumilikdə 34 min 358 manat ziyan vurublar. Həmin şəxslərin oğurladığı yol lövhələrinin bir hissəsi maddi sübut kimi götürülüb. Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

Masallı rayonu Qasımlı kənd sakini Şükürov Heybət Şərif oğluna məxsus qarajın qanunsuz daxil olaraq oradan bir ədəd xarkov markalı su nasosunu, bir ədəd traktor üçün nəzərdə tutulmuş radiyator və bir ədəd akulmiyator oğurlamaqla Heybət Şükürova ümumilikdə 9000 manat ziyan vurmuşdu.