• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2559
— 20.04.2018 13:47

5 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

KepezTV Player

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxsi saxlayıblar. Bölmədə hal şahidlərinin iştirakı ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Nəzərovun əlindəki torbaya baxış keçirilən zaman külli miqdarda marixuana aşkarlanaraq götürülüb. Ekspertiza narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 150 qram olması barədə rəy verib. Saxlanılan şəxs ifadəsində narkotik maddəni İsmayıllı rayonunda yerləşən meşəlik sahədən yabanı halda yığdığını və qurudandan sonra şəxsi istifadəsi üçün Bakıya gətirdiyini deyib. Fakt üzrə cinayət işi açılıb.