• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 20.04.2018 11:03

Porsche şirkəti hibrid “Kayen”lərini belə sınayır

Porsche şirkəti hibridli ən son Cayenne modellərinin final sınaqlarını necə keçirməsi barədə görüntülər yayımlayıb. Testlər real istismar şərtlərinə daha da uyğunlaşdırılıb və Yohanesburq ətrafında, eləcə də dağ yollarında gerçəkləşdirilib. Yol sınaq proqramına ictimai yollarda, yağışlı hava şəraitində, həmçinin aşağı və yüksək temperaturlarda avtomobillərin testi daxildir. Final mərhələsi Cənubi Afrikada yekunlaşacaq. Ofroudlar tozlu yerlərdən, şəhərin içindən, bərbad yollardan, hətta dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən dağ yollarından keçməli olacaq.