Gəncədə “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar” mövzusunda işə götürənlərin iştirakı ilə seminar müşavirə keçirilib. 100 yaxın qadınının işlədiyi “Gəncə tekstil” ASC təşkil edilən tədbir dəzgah arxasında baş tutub.
Rübabə İsrafilova sarıyıcı:Biz babinləri sarıyırıq bu gedir toxucuda toxunur. İşdə tam təhlükəsizliyə riayət olunur. Üst geyim, başımızda papaq olmalıdı. Əlimizə sap dolamamalıyıq. Bunlara görə bizə təlimat verilir, bizdə təhlükəsizliyə riayət edirik.
Müəssisədə əsasən sap, hiqroskopik pambıq və tibbi tənzif istehsal edilir. Burada çalışan qadınlar Çin istehsalı olan dəzgahlar arxasında işləyir. Onların təhlükəsiz şəraitdə çalışması vacib sayılan məsələlərdəndir.
Muxtar Yusifov “Gəncə tekstil” ASC-nin istehsalat rəisi: Burada qadın əməyidir və onlarada hər bir şərait yaradılıb. İstirahət etmələri üçün ayrı otaqlar tikilib. Burada yeməkxanamız var. Üç aydan bir təlimat keçirik. Dəzgahı necə idarə etməyi izah edirik. Onların təhlükəsizliyini təmin edirik.
Qadın əməyinin qorunması və təhlükəsizliyi mövzunda təşkil edilən müşavirədə əsasən hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların işə cəlb edilməsi ətrafında müzakirələr aparılıb.
Xəqani Səfərov 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi: Buradan heç bir müraciət olmayıb. Ona görə ki, burada qadın əməyi qorunur, riayət olunur. Sexlərdə qadınlar xüsusu geyimdə işləyir. Mühafizə xidmətlərinə rəhbərlik tərəfindən diqqət qayğı ayrılır. Tədbiri keçirik ki, gələcək də burada hər hansı hadisə baş verməsin. Bura bütün müəsisə, təşkilatların rəhbərləri dəvət olunub ki, görsünlər ki, Gəncə şəhərində qadın əməyinə böyük qiymət verilir.
Ötən il 21 saylı region üzrə Dövlət Əmək Müfəttişlıyinə əhatə etdiyi şəhər və rayonlardan 15 müraciət olub. Onlardan 7-i qadınların işə bərpa olunması ilə nəticələnib. Maarifləndirici bukletlər paylandıqdan sonra işlərində fəal olan qadınlara hədiyyələr təqdim edilib.
- Baxış: 1204