Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Şahağacı kəndində yaşayan Rusiya Federasiyanın vətəndaşı olan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək tapılıb. Araşdırmalar zamanı Bəhruz Cəfərov və həyat yoldaşı Rühəngizin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olduqları da müəyyən edilib.
Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cabbarov saxlanılıb. Ondan çəkisi 1 kiloqramdan artıq heroin götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
- Baxış: 768