• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 16.04.2018 14:42

Bakı-Böyük Kəsik dəmir yolunun yenilənməsi çərçivəsində işlər Goran-Kürəkçay mənzilində davam etdirilir

KepezTV Player

 

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi Goran-Kürəkçay mənzilində aparılır. 4 gündür ki, davam edən işlər çərçivəsində 5 km yol əsaslı təmir edilib. Bunulada Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun yenidən qurulıması son mənzildə tamamlanıb. Aparılan işlər çərçivəsində mövcud yolun bütün komunikasiya xəttləridə yenilənib. Hazırda yeni çəkilən yolun xüsusi texnikalar vasitəsilə balanslaşdırılması və dəmiryolu xəttinin əyriliyi aradan qaldırlır. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işlərinin bundan sonra qərb istiqamətində bir neçə stansiyada aparılması nəzərdə tutulur. 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrasının bu ilin 2-ci yarısına qədər yekunlaşdırılacaqdır.

Zöhrab Əliyev - 11 saylı “İDYM” MMC-nin rəisi: “ İşlərin davamı olaraq Bakı Böyük Kəsik istiqamətində bütün mənzillər buraynan tamamlanmış hesab olunur. Bundan sonra 6 stansiyada işlər aparılacaqdır qısa məsafələr üzrə. Sabahdan başlayırıq Şəmkir, Tovuz, Tatılı stansiya yollarını təmiri aparılacaqdır tərəfimizdən. Ümumi təmir işlərinidən sonra yolda sürət həddi yük qatarları üçün 100 km saat, sərnişin qatarları üçün isə  saatda 120 km təşkil edəcəkdir.