• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 12.04.2018 13:37

Sərhəd kəndlərində qazlaşdırma işi sürətləndirilib

KepezTV Player

Sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsinin kəndləri də mərhələli şəkildə qazlaşdırılır. Yaxın vaxtlarda 6 kəndə mavi yanacaq veriləcək.

Gədəbəyin sərhədyanı kəndlərinə qaz ilk dəfədir ki çəkilir. Zamanlı, Arabaçı, Fərzalı, Çay Rəsullu, İsalı və Göyəlli kəndlərində ümumilikdə 800-dən artıq fərdi yaşayış evi mavi yanacaqla təmin ediləcək.

Əhməd Tağıyev sakin: Bu bədnəm qonşularla üzbə-üz dayanmışıq. Heç bir şeydən qorxumuz yoxdur. Uşaqlarımız ailəmiz hamımız burada yaşayırıq. Ancaq bu vaxta qədər bir işdən çətinliyimiz var idi. Gördüyünüz kimi odun ocaq yandırırdıq. Əzab əziyyət çəkirdik. İndi dərin minnətdarıq.

Ələddin Qurbanov sakin: Bu günləri bu sərhəd kənddir. Təmas xəttində yerləşən sonuncu kənddir. Bu kənd camaatının balaca uşaq tutmuş böyüyə qədər hər birinin sevincinin həddi hüdüdü yoxdur.

Saleh Bayramov sakin: 600-700 manatdan çox xərc çəkirdik ki ocağımızı qızdıra bilək. Bir neçə ailənin bir yerdə yatması çox böyük çətinliklər yaradırdı. Artıq biz bundan yaxın vaxtlarda azad

Şınıx bölgəsində 26 yaşayış məntəqəsindən 7-si Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseyqulular, Rəhimli, Təkyemişan  kəndləri  eləcədə Şınıx kəndi təbii qazla təmin edilib. Layihəyə uyğun olaraq yerdə qalan 19 yaşayış məntəqəsinin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.

Rasim Qurbanov qaynaqçı: Mən bir qaynaqçı kimi çalışıram. Çox sevinirik. Camaatda çox sevinir şaddılar. Xeyrli işlərə işlətsinlər.

Bundan başqa bu il rayonun Çaldaş və Səbətkeçməz kəndlərinin də mavi yanacaqla təminatı planlaşdırılır.

Natiq Hüseyn