• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 09.04.2018 14:38

Aprel qələbəsinin iştirakçıları yad edilir

KepezTV Player

Şəmkirdə aprel döyüşlərinin faədisi olan daha iki şəhidin anım mərasimi keçirilib. Rayon rəsmləri millət vəkilləri və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri əvvəlcə erməni təxribatının qarşısını alarkən şəhid olan əsgər Altun Dəmirli böyüyüb boya başa çatdığı Düyərli kəndində yad ediblər. Tədbirdə şəhidin şərəfli lakin qısa ömür yolundan danışılıb. Altun Dəmirlinin daim vətənə və orduya bağlılığı ilə seçildiyi igid, cəsur bir əsgər olaraq hərbidə fərqləndiyi, düşmənə layiqli müqavimət göstərdiyi önə çəkilib. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi hərbçinin göstərdiyi şücaətdən xəbər verir. Çıxışlarda şəhidlərinin qanının yerdə qalmayacağına düşmən tapadağı altında torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub. Anım tədbiri şagirdlərin vətənpərvərlik mövzusunda çıxışları ilə davam edib. 

Fərman Dəmirli - şəhidin atası:  Bir komanda gözləyirik ki hamımız birlikdə böyükdən kiççiyə əmr verilə biz gedib torpağımızı müharibə yolu ilə alaq. Yalnız müharibə yolu ilə ikinci yol yoxdur. Torpaqımızı geri qaytaraq onda biz şəhid valideynləridə rahatlanacağıq. O şəhidlərin ruhuda rahatlanacaq.

Şəmkirin Kür qəsəbəsində isə şəhid Vüsal Alıyevin anım tədbiri keçirilib. Şəhidin şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığından danışılıb. Aprel döyüşləri zamanı cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə  canından keçən 20 yaşlı Vüsal Alıyevin daim qəlblərdə yaşayacağına diqqət çəkilib. Ehtiyata buraxılmasına bir neçə gün qalmış şəhid olan əsgər ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Anım tədbiri Kür qəsəbə məktəblilərinin və mədəniyyət işçilərinin  hazırladığı ədəbi- bədii kompazisiya ilə davam edib. Səsləndirilən şerlərdə vətənə bağlılıq və orduya bağlılıq öz əksini tapıb.

Goranboyda da 2016-ci ilin aprel ayında şəhid düşən Rafael Hüseynovun xatirəsi anılıb. Bu səbəblə Goranboy rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin qohumları, habelə şəhər ictimaiyyəti rayonunun Qızıl Hacılı kəndində yürüş təşkil ediblər. Şəhidin məzarı başına gələn Goranboylular, üzərinə tər çiçəklər düzüblər. Çıxış edənlər Rafael Hüseynovun məktəb həyatı və hərbi fəaliyyətindən söz açıblar. 1995-ci ildə dünyaya göz açan gənc iki il əvvəl Goranboyun Talış yüksəkliyinin müdafiəsi zamanı şəhid olub.

 

Natiq Hüseyn