Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi müddəti başa çatır. Bu gün isə seçki büllütenlərinin Dairə Seçki Komiisyaslarından məntəqələrə paylanılması tam başa çatdırılmalıdır.Bu məqsədlə 101 saylı Göygöl Daşkəsən Dairə Seçki Komiisyasında ərazi üzrə 74 məntəqəyə təlimata uyğun olaraq qeydiyyatda olan seçiclərin say tərkitibndən 3% artıq olmaqla bülletenlər paylanılır. Seçki dairıəsində 45 min 529 seçici qeydiyyata alınıb. 7 mənəqədə veb kamera hazırlıq vəziyyətinə gətirilib. Seçikilərin şəffaf və demokratik keçirilməsi üçün bütün mətnəqələr tam hazırlıq vəziyyətinə gətirilib.
Abbas Zalov 101 saylı DSK-nın sədri: Səsvermədə iştirak edə bilməyən, xəstə və əlil seçicilərlər məntəqədən əlaqə saxlanılıb və onlrın qeydiyyatı aparılıb ərizələri alınıb.Məntəqlərimiz daşınan qutularla təmin olunub, əlillərin məntəqə gəlişini təmin etmək üçün 9 məntəqədə pandusalar quraşdırılıb, gözdən əlil seçicilərin səsverməsini təmin etmək üçün bütün məntəqələrə brayıl əlifbası ilə olan büllütenlərlədə təmin olunub.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim Planına görə səsvermə protokolları və bülletenlərin də 102 saylı Samux Dairə Seçki Komissiyasından 51 məntəqə üzrə payılanılması tam başa çatdırlıb. 45 min 245 nəfər seçicinin qeydə alındığı darənin bütün məntəqləri hazılrıq səviyyəsinə gətirilib. Mərkəzi Seçki komisisyasından aldığımız məlumata görə, respublika üzrə 125 seçki dairəsi və 5 min 426 daimi və 215 müvəqqəti seçki məntəqəsi seçkilərin şəffa həyata keçirilməsi üçün tam hazırdır.
- Baxış: 938