• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 04.04.2018 14:35

Qovlar-Tovuz dəmiryolu xəttləri yenilənir

KepezTV Player

Azərbaycanda yük və sərnişin qatlarının sürət həddinin artırılması, sərnişinlərin və yüklərin vaxtında, eləcə də təhlükəsiz mənzil başına çatdırılması üçün tədbirlər həyata keçirilir. Bu məqsədlə Bakı Böyük Kəsik istiqamətində dəmir yolunun yenilənməsi Qovlar mənzilində aparılır.

Gəncə Alabaşlı mənzilinin 7.5 km-lik hissəsində işlər yekunlaşdığından Azərbaycan Dəmir Yolu 4,5 kilometirlik Qovlar-Tovuz mənzilinin yenilənməsinə başlayıb. 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi tərəfindən həyata keçirilən işlər istismar müddətini başa vuran xəttlərin xüsusi kranlar vasitəsilə sökülərək ərazidən daşınması, yol yatağının yenidən işlənməsi, yeni relslərin döşənməsi və çınqıl verilməsini özündə ehtiva edir.

İsmayıl Sadıqov - 5 saylı İDYM MMC-nin baş mühəndisi: Digər xəttlər bu ilin 2-ci ayında əsaslı şəkildə yenidən qurulub. 2-ci xəttin isə təmirinə bir neçə gündür ki, start verilib. Təmir zamanı qatarların hərəkətinə heç bir mane yaradılmır. Əksinə yeni çəkilən yolda qatarların sürətli və təhlükəsiz hərəkəti təmin olunur.

Aparılan işlər zamanı mövcud yolun elektrik və rabitə xəttləri də yenidən qurulur.

Qovlar-Tovuz mənzilində aparılan əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra işlərin Ağstafa istiqamətində aparılması nəzərdə tutulur ki, bu prosesə də sabahdan start götürəcəkdir.

“Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası 3 il bundan öncə start götürüb və bu il Bakı-Böyük Kəsik sahəsində 600 kilometr məsafənin təhvil verilməsi planlaşdırılır.

 

Xaliq Qurbanlı