• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 02.04.2018 14:40

Kəlbəcərin işğalından 25 il ötür

KepezTV Player

Kəlbəcər ictimaiyyətinin yürüşü ilə başlayan mərasim şəhidlərin xatirəsini yad etməklə davam edib. Kəlbəcərin müdafiəsi  uğrunda gedən döyüşlərdə həlak olan 511 nəfərin adı abidədə öz əksini tapıb. Rayon Mədəniyyət Sarayında “Kəlbəcər şagirdlərin gözü ilə” adlı sərgisi də təşkil olunub, Qarabağdakı işğalla bağlı film nümayiş olunub. “Kəlbəcərsiz 25 il” adlı ədəbi-bədii tədbir də Kəlbəcərin 1988-ci ildən 1993-ci ilə qədər ermənilər tərəfindən mühasirə şəraitində yaşadığı, bununla belə düşmənə müqavimət göstərdiyinə diqqət çəkilib. Anım tədbirində kəlbəcərlilər adından Birləşmiş Millətlər Təşkilatına rayonun işğalı ilə bağlı müraciət ünvanlanıb. Rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompazisiya nümayiş etdirilib.  

Səməd Quliyev - keçmiş döyüşçü – “Kəlbəcərin işğal olunmasından bu gün 25 il keçir. Bütün işğal olunmuş torpaqlar o cümlədən də Kəlbəcər rayonu yaxın vaxtlarda işğaldan azad olunacaq, biz öz doğma torpağımıza qayıdacağıq. Əgər sülh yolu ilə bu məsələlər öz həllini tapmasa mən bir keçmiş döyüşçü kimi qüdrətli Azərbaycan ordusunun bütün əməliyyatlarında əsgərlərlə çiyin-çiyinə döyüşməyə hazıram.

 

Elnur Vahidoğlu