Gəncədə avtomobillərinə qanunsuz olaraq konstruktiv müdaxilə və dəyişiklik edən sürücülər Dövlət Yol Polisi əməkdaşlarının hədəfindədir. Əsasən Rusiya istehsalı olan avtomobillərdə edilən qanunsuz dəyişikliklərə görə 10-dan artıq sürücü aşkar edilib. Yol hərəkəti haqqında qanunun tələbini pozduğu üçün onlar inzibati qaydada 150 manat cərimə olunub. Yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə reydlər mütəmadi oaraq təşkil olunacaq.
Vasif Rüstəmov Gəncə Şəhər DYP Şöbəsinin inspektoru: İstismarda olan nəqliyyat vasitələrinin, həmin modellərin normativ texniki sənədlərində nəzərdə tutulmayan hissələrin quraşdırılması qadağandır. Avtomobildə konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativ sənədlərə uyğun gəlməldir. Nəqliyyat vasitəsinin tam kütləsi və bu kütlənin oxlar üzərə paylanması, ağırlıq mərkəzi, təkər bazası vəya təkər düsturunun elcədə tormuz və sükanın idarə etmə sisteminin qanunsuz əvəz olunması qadağandır.
- Baxış: 1526