Goranboyda günəbaxan bitkisinin əkininə başlanılıb. Sahələrdən bol məhsul əldə etmək üçün aqrotexniki qayadalar fermerlərə izah edilir. Səpin prosesində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri iştirak edir.
Mahirə Vəliyeva Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun şöbə müdiri: Hal-hazırda institun müvafiq şöbələri yəni Bitki Mühafizə və Aqrotexnika şöbəsinin bütün heyyəti buradadır. Düşünürəm ki məhsul yığımına qədər biz bunlarla birlikdə olacağıq. Yəni yüksək məhsul alınması üçün institut daim fermerlərə dəstək olacaq.
Məhsuldarlıqla bağlı fermerlərin ötən il üzləşdiklərki çətinliklərin becərmədə innovativ texnologiyaların tətbiqi ilə aradan qaldırmaq planlaşdırılır.
Arzu Məmmədov fermer: Ötən il təxminən 100 hektar sahədə günəbaxan əkmişdik. Hesablayırdıq ki orta hesabla hər hektardan 25-30 sentner məhsul götürəcəyik. Ancaq ziynvericilərə qarşı mübarizə apara bilmədik. Hər hektardan 15-20 sentner məhsul götürdük.
Sahil Əsgərov fermer: 18 ilə yaxındır bu işlə məşğul oluruq. Ötən il 30 hektar sahədə əkmişdik. Bu ziyanvericilərə qarşı mübarizə apara bilmədik. Ondan əlaqədər olaraq sentnerimiz aşağı düşdü. Ona görə də bu il Elmi Tədqiqat İnistitunun alimlərinə müraciət etmişik. Onların nəzarəti altında səpin aparma qistəyirik ki məhsuldarlığımız yüksək olsun.
Bitki Mühafizə və Texniki Elmi Tədqiqat İnistitunun müətəxəssisləri toxumları dərmanlayıb və xüsusi texnikalar vasitəsi ilə səpini nəzarətdə saxlaıblar.
Mahirə Vəliyeva Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun şöbə müdiri: Biz respublikanın 18 rayonunun əhatə edəcək 6 bölgədə elmi praktik təlimlkər keçirdik. Artıq elmi praktik təlimlər öz bəhrəsini verməkdədir. Bir neçə gün bundan öncə Goranboy rayonundan bir neçə fermer institutun rəhbərliyinə müraciət edib. Günəbaxanın innovativ becərilməsi haqqında metodiki göstəriş vermək və bundan sonrakı tədbirlərdə bizim iştirakmızla aparılmasına qərar verilib.
Goranboy rayonunda ötən il 2355 hektar sahədə günəbaxan bitkisi əkilib. Rayon üzrə 5887 ton məhsul götürülüb.
Natiq Hüseyn
- Baxış: 1514