İdmançılar Novruz bayramı günlərində Azərbaycan birincliyində iştirak edəcəklər. Ölkə birinciliyi yeniyetmə və gənclər arasında keçiriləcək. İdman ocağının kikboksinqçiləri bu yarışa ciddi səylə hazırlaşırlar. Məqsəd martın 23-26-sı tarixləri aralığında reallaşacaq birincilikdə yüksək nəticələr əldə etməkdir.
Yaşar İsgəndərovun yetirmələri bundan öncə kadetlərin Azərbaycan birinciliyində güclərini sınayıblar. Komandanın üzvləri bu yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələniblər.
Kikboksinq qeyri-olimpiya növü olsa da, döyüş növləri arasında kifayət qədər populyarlığa malikdir. Gəncədə də çox sevilən bu idman növü üzrə bölmələrə xeyli sayda maraq göstərənlər, həmçinin dünya və Avropa çempionatları kimi nüfuzlu yarışlarda nailiyyət qazanan kikboksinçilər var.
Orxan Cəfərzadə
- Baxış: 865